Parlament seçkiqabağı sonuncu dəfə bu tarixdə toplaşacaq

Parlamentin 10-cu çağırış deputatları iki qanunun yekun oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına toplaşacaqlar.

Regionpress.ge xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

“Plenar iclasda iki qanuna – “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ var və ona görə də plenar iclas üçün bizə bir gün – sentyabrın 17-si lazım gələcək və bununla da işi yekunlaşdıracağıq”, – deyə o bildirib.

Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.