Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı bu gün son mənzilə yola salınıb.
Qeyd edək ki, Ələddin Qarabağlı oktyabrın 9-da təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişdi.
Dünən xəstəxanada vəfat edən Ələddin Qarabağlı, bu gün Qardabani rayonunun Ağtəhlə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırıldı.


