Kutaisi-Praqa reysi ilə uçan təyyarəni iki dəfə ildırım vurub.
Regionpress.ge xəbər verir ki, hadisə təyyarə havaya qalxdıqdan təxminən yarım saat sonra baş verib.
Faktı Kutaisi Beynəlxalq Hava Limanı təsdiqləyib.
Onların sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarə Gürcüstanın hava məkanını tərk etməyib və geri qayıdıb.


