6.7 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst MövzularQafqaz Hüquq və İnteqrasiya Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Gürcüstanda yerləşən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində bayram tədbiri təşkil olunub. Tədbirdən öncə Gürcüstandan olan Vətən müharibəsi şəhidlərinə həsr edilmiş rəsm sərgisi nümayiş etdirilib. Sərgidə şəhidlərin xatirəsini əbədiləşdirən təsirli əsərlər yer alıb.

Regionpress.ge – nin verdiyi məlumata əsasən,tədbiri mərkəzin icraçı direktoru Rezo Həsənov açıq elan edib, Azərbaycan və Gürcüstan dövlət himnləri səsləndirilib. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rezo Həsənov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Gününün hər il qeyd olunması qərarının Azərbaycan xalqının tarixi qələbəsini əbədiləşdirdiyini və gənc nəslə vətənpərvərlik ruhunu aşıladığını xüsusi vurğulayıb.

Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək, Vətən müharibəsi və onun nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Onlar 44 gün davam edən müharibənin sonunda Azərbaycan xalqının işğaldan azad edilmiş tarixi torpaqlarına qürur və sevinclə qayıdışını xüsusi qeyd ediblər.

Tədbirin sonunda mərkəzin müdavimləri vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndiriblər. Zəfər Gününə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments