Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə aksiya keçirilib.
Regionpress.ge xəbər verir ki, aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şuşanın, Xankəndinin fotoları, eləcə də 8 Noyabr – Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb.
Həmçinin Tbilisi Dövlət Filarmoniya binasının monitorunda 8 Noyabr Zəfər Gününü əks etdirən foto yayımlanıb.
Avtomobil gün ərzində paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçib. Axşam saatlarında aksiya daha maraqlı olub.
İnsanlar avtomobilin üzərindəki şəkilləri maraqla seyr ediblər.


