6.7 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst Mövzular“112” vasitəsilə Heyvanların Monitorinqi Agentliyi ilə əlaqə saxlamaq mümkün olacaq

“112” vasitəsilə Heyvanların Monitorinqi Agentliyi ilə əlaqə saxlamaq mümkün olacaq

Xidmətin təkmilləşdirilməsi məqsədilə Heyvanların Monitorinqi Agentliyinin “Qaynar xətt”i İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinin “112” qaynar xəttinə qoşulub.

Regionpress.ge-nin məlumatına əsasən Tbilisi meri Kaxa Kaladzenin paytaxt hökumətinin iclasında dediyi kimi, vətəndaşlar agentliklə vahid təcili yardım nömrəsi vasitəsilə əlaqə saxlaya biləcəklər.

“Bu o deməkdir ki, qurum daimi, 24 saat “112” dəstəyinə malik olacaq və qaynar xəttin fasiləsiz işləməsi zamanı texniki nasazlıqların baş verməsi istisna olunur. Bu istiqamətdə müəyyən problemlər yaranıb ki, bu da paytaxt sakinlərinin böyük narahatlığına səbəb olub. Qaynar xəttdə tez-tez xətalarımız olurdu. Bu qərar xilasetmə tədbirləri və digər təcili yardım ehtiyacları zamanı agentliyin əməliyyat keyfiyyətini artıracaq”. – Kaxa Kaladze dedi.

Onun sözlərinə görə, bildirişlərin qəbulu, işin aparılması, icrası və ekipajların yerdəyişməsi sistemi vahid bazaya daxil ediləcək ki, bu da agentliyin fəaliyyətinin səmərəliliyini artıracaq. Paytaxt meri əməkdaşlığa görə Daxili İşlər Nazirliyinin və “112”nin nümayəndələrinə təşəkkür edib

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments