17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSərbəst Mövzular"ABŞ-dan Gürcüstana maşın göndərilməsi çətinləşib"

“ABŞ-dan Gürcüstana maşın göndərilməsi çətinləşib”

ABŞ-ın 6 əsas limanından 4-də baş verən tətil Gürcüstana avtomobil göndərişlərini çətinləşdirib.

Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının rəhbəri Aleksi Noniadze məlumat verib. Onun sözlərinə görə, bu problemlə yanaşı, dəniz nəqliyyat xətlərinin xidmət haqları da artıb. Mövcud vəziyyətin normallaşması isə ən azı bir ay, bəlkə də ay yarım vaxt tələb edəcək. Noniadze əlavə edib ki, yaranmış vəziyyət avtomobillərin maya dəyərinə də təsir göstərəcək.

“Bir neçə gün əvvəl tətil başladı. ABŞ-ın 6 əsas limanından 4-də işçilər tətilə çıxdılar. Demək olar ki, oradan avtomobillərin göndərilməsi məhdudlaşdırılıb. Vəziyyətin düzəlməsi təxminən bir ay, ay yarım çəkəcək, bu da ən yaxşı halda. Şirkətlərin artıq müəyyən çətinlikləri var, mövcud vəziyyət təbii ki, avtomobilin qiymətini artıracaq. Ancaq qiymətin nə qədər artacağını deməkdə çətinlik çəkirəm. Bu, yaranmış zərərə görə hesablanacaq.

Bundan əlavə, dəniz xətləri də daşınma qiymətlərini artırıb və bu, təbii olaraq maya dəyərinə təsir edəcək. Hazırda vəziyyət olduqca çətindir. Bu limanlarda böyük miqdarda məhsul toplanıb, indi isə bu malların emalı, yüklənməsi və daşınması baş verməlidir. Limanın da müəyyən tutum həddi var” ,  – deyə Aleksi Noniadze BPN-ə bildirib.

Xatırladaq ki, “Reuters” xəbər verir ki, ABŞ-ın şərq və cənub sahillərində yükləmə işçilərinin tətili nəticəsində ölkənin dəniz ticarətinin təxminən yarısı dayanıb. Bu, son 50 ilin ən genişmiqyaslı iş dayandırılması hesab olunur.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments