6.7 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst MövzularBolnisidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bolnisidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Gürcüstanın Bolnisi rayonunda da ehtiramla anılıb.

Sentyabrın 27-də Bolnisidəki “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək 27 Sentyabr – Anım Gününün önəmi haqqında gənclərə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Anım Günündə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçmiş şəhidlərimiz qürur və ehtiramla yad edilir. Bu gün təkcə 44 günlük Vətən müharibəsinin deyil, həm də Azərbaycanın suverenliyinin bərpasına gedən yolun başlanğıcıdır.

Digər çıxış edənlər dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıblar. 

Bildirilib ki, Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments