6.7 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst MövzularGənc oyunçu İtalyanın məhşur futbol komandasında oynayacaq

Gənc oyunçu İtalyanın məhşur futbol komandasında oynayacaq

Raul Musayev, Marneulidən olan gənc futbolçu, “İnkişaf və Təhsil Mərkəzi” nin nəzdində fəaliyyət göstərən “Olimp” komandasının yetirməsi olaraq “İnter” klubunun Gürcüstan üzrə seçmələrində uğur qazanıb. 23 noyabr tarixində keçirilən seçmələrin ilk mərhələsində yüksək performans göstərən Raul, növbəti mərhələdə də diqqət mərkəzində olub və nəticədə məşhur İtaliya klubu “İnter”in akademiyasına qəbul edilib.

Regionpress.ge xəbər verir ki, onun mövqeyi sağ cinah müdafiəçisi və mərkəz müdafiəçisi olaraq müəyyən edilib. Gənc futbolçu akademiyanın 2011-ci il təvəllüdlü futbolçulardan ibarət komandasında çıxış edəcək.

Marneulidəki 6 nömrəli məktəbin 8-ci sinif şagirdi olan Raul, futbola başlamazdan əvvəl kickboksa maraq göstərib. Son bir ildən çoxdur ki, “ İnkişaf və Təhsil Mərkəzi” nin nəzdində fəaliyyət göstərən “Olimp” komandasının aparıcı oyunçusu olaraq komandanın əsas fiqurlarından biri olub və artıq Gürcüstan hüdudlarından kənarda da tanınmağa başlayıb.

Qeyd edək ki, Raulun uğurlarında onun məşqçisi Emin Binnətov xüsusi rol oynayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments