8.8 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst Mövzular18 Oktyabr – Müstəqilliyin Bərpası Günü

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edərək, öz müstəqilliyini bərpa etdi. Bu tarixi hadisə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisliyini elan edərək, ölkəni yenidən suveren bir dövlətə çevirdi. 70 il sovet hakimiyyəti altında qalan Azərbaycan, yenidən müstəqil olaraq beynəlxalq arenada yerini tutdu.

Müstəqilliyin bərpası dövrü böyük çətinliklərə baxmayaraq, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sabitlik və inkişaf dövrünə qədəm qoydu. Ölkənin təbii sərvətlərindən səmərəli istifadə, xüsusilə neft və qaz sənayesində islahatlar Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi.

2021-ci ildə Azərbaycanın müstəqillik bayramı ilə bağlı dəyişiklik edildi. Əvvəllər bu gün “Dövlət Müstəqilliyi Günü” kimi qeyd olunurdusa, 2021-ci ildən etibarən onun adı “Müstəqilliyin Bərpası Günü” adlandırıldı. Bu dəyişiklik tarixin mahiyyətini daha dəqiq ifadə etməyə xidmət edir, çünki Azərbaycan məhz bu tarixdə əvvəl itirdiyi müstəqilliyini bərpa etmişdi.

18 oktyabr bu gün də Azərbaycanın azadlıq və suverenlik rəmzi olaraq hər il qeyd edilir, ölkənin müstəqillik uğrunda qazanılan nailiyyətləri və xalqın azadlıq əzmini xatırladır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments