17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeElm və TəhsilVahid milli imtahanların vaxtı açıqlandı-Cədvəl

Vahid milli imtahanların vaxtı açıqlandı-Cədvəl

Milli Qiymətləndirmə və İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinə bu il iyulun 3-də vahid milli imtahanlarla start veriləcək.

Regionpress.ge quruma istinadən bildirir ki, abituriyentlər gürcü dili və ədəbiyyatından ilk imtahan verəcəklər. İyulun 26-da fizika imtahanı ilə vahid milli imtahanlar başa çatacaq.

İyulun 5-dən etibarən fənn və ali ixtisas müəllimlərinin imtahanına qeydiyyatdan keçənlər imtahan prosesinə cəlb olunacaqlar. İyulun 5-də tələbə qrant müsabiqəsi keçiriləcək. Magistraturaya namizədlər iyulun 17 və 18-də ümumi magistratura imtahanında iştirak edəcəklər.

İmtahanın keçirilmə tarixi, imtahana gəlmə vaxtı və imtahan mərkəzinin ünvanı barədə ətraflı məlumat imtahan vərəqəsində göstəriləcək. İmtahanlar iyunun 20-dən sonra kartları öz qeydiyyat səhifəsindən çap edə biləcəklər.

2024-cü ildə imtahan mərkəzləri aşağıdakı şəhərlərdə açılacaq:

Batumi, Poti, Zuqdidi, Ozurqeti, Kutaisi, Axalsixe, Qori, Tbilisi, Rustavi, Telavi, Xulo, Ambrolauri.

Cədvəl: https://naec.ge/?fbclid=IwZXh0bgNhZW0CMTAAAR0Gq-_ZzxeWV9DkDb5jpzuz10uPrhLcTu62glGIb2udRisIIB1H-cRwFQs_aem_Abatv2HKEsbRhT6vbhHIW_zaadBi21Wk1yKBt5B4-MqNjDoF_DlrTg5Xn3brIuUEBGkSNQz9lLkG9IXa-TrjYX6B#/ge/post/3181

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments