15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeElm və TəhsilBolnisidə “Gənclər və Təhsil Mərkəzi”ndə dil kurslarına qeydiyyat başladı

Bolnisidə “Gənclər və Təhsil Mərkəzi”ndə dil kurslarına qeydiyyat başladı

Bolnisidə “Gənclər və Təhsil Mərkəzi”ndə dil kurslarına qeydiyyat başladı

Bolnisidə yerləşən “Gənclər və Təhsil Mərkəzi” yeni tədris mövsümü üçün dil kurslarına qeydiyyatın başlandığını elan edib

Regionpress.ge xəbər verir ki, mərkəzdə Azərbaycan, Gürcü və İngilis dili fənləri üzrə həm ödənişsiz, həm də ödənişli qruplar fəaliyyət göstərəcək. Azərbaycan dili kursları tam ödənişsiz olacaq, Gürcü və İngilis dili üzrə isə həm ödənişli, həm də ödənişsiz qruplar təşkil ediləcək

Kurslarda yalnız 5–12-ci sinif şagirdləri iştirak edə bilərlər. Qəbul sınaq imtahanı vasitəsilə aparılacaq. Dərslər əyani formada keçiriləcək və həftədə iki dəfə, hər dərs 1,5 saat davam edəcək

Tədris prosesi Bolnisi rayonunun bir neçə kəndindəki mərkəzlərdə həyata keçiriləcək:

İmirhəsən kəndi – “İmirhəsən Gənclər və Təhsil Mərkəzi”

Aşağı Güləver kəndi – “Geta Gənclər və Təhsil Mərkəzi”

Arıxlı kəndi – “Arıxlı Gənclər və Təhsil Mərkəzi”

Faxralı kəndi “Faxralı Gənclər və Təhsil Mərkəzi”

Qeydiyyat 12–18 oktyabr tarixləri arasında aparılır və saat 17:00-dək davam edəcək.İştirakçılar qeydiyyat üçün bu keçiddən formu doldura bilərlər. https://docs.google.com/forms/d/16g-vYhiPgCrG13A_N-uCRz8kgXvALl2AiMIbUl5tb_I/viewform

Əlavə məlumat üçün əlaqə:

📞 511 26-26-86

📧 youtheducenter@gmail.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments