15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeÖlkə"Gürcü Arzusu” toplantı və mitinqlər haqqında qanuna növbəti sərt dəyişiklikləri təklif edir

“Gürcü Arzusu” toplantı və mitinqlər haqqında qanuna növbəti sərt dəyişiklikləri təklif edir

“Gürcü Arzusu” partiyası toplantılar və nümayişlər haqqında qanuna yeni dəyişikliklər irəli sürüb.Qanun layihəsi büroda artıq qeydiyyatdan keçirilib, lakin hələlik ictimaiyyət üçün dərc olunmayıb

Regionpress.ge xəbər verir ki, büronun gündəliyində yer alan annotasiyaya əsasən, layihə aşağıdakı məsələləri əhatə edir: Qanun layihəsinə görə, əgər toplantı və ya mitinq insanların hərəkət etdiyi ərazidə keçirilirsə, təşkilatçılar dövlət qurumunu əvvəlcədən xəbərdar etməlidirlər

Layihəyə əsasən, əgər toplantı və ya nümayiş ictimai təhlükəsizliyə, qanunvericiliyə, dövlət və təşkilatların normal fəaliyyətinə, nəqliyyatın və insanların hərəkətinə maneə yaradırsa, dövlət orqanları mitinq iştirakçılarına alternativ məkan, vaxt və ya marşrut göstərmək hüququna malik olacaq

Qeyd edək ki, bu tələbin yerinə yetirilməməsi Gürcüstan qanunvericiliyinə uyğun məsuliyyətə səbəb olacaq bundan əlavə, qanun layihəsi toplantı və nümayişlərin dayandırılması ilə bağlı prosedurların tənzimlənməsini də nəzərdə tutur.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments