15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeManşetSaakaşvili: “Gürcüstanın hazırkı hakimiyyəti həm Qərblə, həm də qonşu dövlətlərlə münasibətləri gərginləşdirib

Saakaşvili: “Gürcüstanın hazırkı hakimiyyəti həm Qərblə, həm də qonşu dövlətlərlə münasibətləri gərginləşdirib

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ona aid “Facebook” sosial şəbəkəsində paylaşım edərək, hazırkı hakimiyyəti tənqid edərək bildirib ki, ölkənin münasibətləri təkcə Qərblə deyil, həm də region ölkələri – Ermənistan və Azərbaycanla ciddi şəkildə korlanıbOnun sözlərinə görə, son aylarda rəsmi Tbilisinin atdığı addımlar regionda əlavə gərginliyə yol açır

Regionpress.ge xəbər verir ki, Saakaşvilinin açıqlamasında Ermənistanla bağlı xüsusi narahatlıq qeyd olunur. Baş nazir İrakli Kobaxidze Gürcüstandan İrəvana köçərək Ermənistanda fəaliyyət göstərən gürcü QHT-lərinin fəaliyyətinin məhdudlaşdırılmasını və hesablarının bağlanmasını tələb edir. Ermənistan hökuməti isə cavab verib ki, ölkədə “agentlər haqqında qanun” yoxdur və belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur

Saakaşvili həmçinin Kobaxidzenin İrəvanı yükdaşımaların məhdudlaşdırılması ilə təhdid etdiyini, eyni zamanda Tbilisinin artıq Azərbaycan üçün tranzit yüklərin hərəkətində problemlər yaratdığını qeyd edir. Onun fikrincə, Azərbaycan mətbuatının bu məsələdə Rusiyanın maraqlarını görməsi tamamilə əsaslıdır

Rusiya Kiyevdə Azərbaycanın səfirliyinə qarşı hücumlar həyata keçirərkən, Cənubi Qafqazda isə öz təsir dairəsini genişləndirmək üçün Gürcüstan hakimiyyəti vasitəsilə kommunikasiya kanallarına təzyiq göstərməyə çalışır

Qeyd edək ki, keçmiş prezident hesab edir ki, rəsmi Bakının son açıqlamalarında da bu narazılığın izləri aydın görünür. Onun sözlərinə görə, hazırkı Gürcüstan rəhbərliyinin siyasəti ölkəni regionda tənha və təcrid olunmuş vəziyyətə gətirir

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments