Gürcüstanın futbol komandası Almaniyada keçiriləcək Avropa çempionatına yola düşməzdən əvvəl Monteneqro millisi ilə yoxlama oyunu keçirib.
Regionpress.ge məlumat verir ki, görüş Gürcüstan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Gürcüstan millisinin futbolçuları: Otar Kiteişvili, Giorgi Mikoutadze və Budu Zivzivadze vurub.


