14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeİdmanTbilisidə keçirilən Uşu-sanda üzrə IX Gürcüstan kuboku başa çatıb

Tbilisidə keçirilən Uşu-sanda üzrə IX Gürcüstan kuboku başa çatıb

Tbilisidə keçirilən Uşu-sanda üzrə IX Gürcüstan kubokunda iştirak edən azərbaycanılar tarixi nəticə əldə ediblər

Gürcüstanın İdman və Gənclər Nazirliyi, Gürcüstan Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkil etdiyi çempionatda ölkənin bütün bölgələrindən, o cümlədən Kvemo-Kartli bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri iştirak ediblər.Tbilisidə uşu-sanda üzrə IX Gürcüstan kunoku başa çatıb.Kvemo-Kartilidən və Saqarecodan (Qaraçöp) iştirak edən müxtəlif yaş qruplardan ibarət idmançılar tarixi nəticə əldə ediblər.

Regionpress.ge xəbər verir ki, yeni fəaliyyətə başlamış “Kvemo-Kartli Regional Uşu-sanda Federasiyası”nın tərkibində yarışlara qatılan 32 nəfər idmançıdan 27-i nəfəri mükafatlandırılıb. Onlardan 8-i qızıl, 6-sı gümüş 13-ü isə bürünc medal qazanıb.

Kvemo-Kartli Regional Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqovun rəhbərliyi ilə çempionata 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində 32 azərbaycanlı uşaq, yeniyetmə və gənc yarışda iştirak edirdi.Çempionatın rəsmi açılışında çıxış edən Gürcüstan Uşu-sanda Federasiyasının prezidenti Qiorqi Musxalişvili azərbaycanlıların bu çempionatda iştirakını yüksək qiymətləndirib və idmançılarımıza uğurlar arzulayıb.

Azərbaycanlıların uğur qazanması ona görə təəccüblüdür ki, onların böyük əksəriyyəti ilk dəfədir ki, uşu-sanda üzrə çempionatda iştirak edirlər və debüt yarışda qızıl medallar qazanmaq təəccüblüdür. Sevindiricidir ona görə ki, azərbaycanlılar Gürcüstanda uşu-sanda idmanının inkişafına öz töhfələrini verirlər. Biz birgə əməkdaşlıq edərək gənc idmançıların beynəlxalq idman yarışlarının çıxışını təmin edəcəyik”, – deyə, Q. Musxalişvili vurğulayıb.Gürcüstan kuboku gələcək beynəlxalq turnirlərə aparan yolun başlanğıcıdır. Yarışdan sonra məşqçilər üçün seminarlar və hazırlıq toplanışları keçiriləcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments