Batumidə dəniz sahilinə paraşütün düşməsi, bir turistin ölməsi, digərinin isə yaralanması ilə bağlı “Cinayət Məcəlləsi”nin 275-ci maddəsi ilə araşdırmaya başlayıb.
Regionpress.ge bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan və Batumi Respublika Xəstəxanasına yerləşdirilən şəxsə gəlincə, həkimlərin verdiyi məlumata görə, o, müayinə və nəzarətdədir.
Ölən turistin meyiti məhkəmə-tibb bürosuna təhvil verilib.
Məlumat üçün bildirək ki, Batumidə turist ər və arvadın olduğu paraşüt yerə çırpılıb, qadın yerindəcə dünyasını dəyişib.


