2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan turistlər üçün sağlamlıq və bədbəxt hadisəyə qarşı sığorta olunması məcburi olacaq
Müvafiq dəyişikliklər “Turizm haqqında” qanuna daxil edilib. Bu tələbin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi planlaşdırılsa da, prosesin daha bir müddətə uzadılması nəzərdə tutulmuşdur
Regionpress.ge xəbər verir ki, dəyişikliklərin təşəbbüskarları hakim “Gürcü arzusu” partiyasının üzvləridir onların izahına görə, yeni tənzimləmələrin tətbiqi və qüvvəyə minməsi çoxmərhələli hazırlıq prosesini tələb edir
Buraya özəl sektorun, həmçinin xarici ölkələrin səfirlik və konsulluqlarının vaxtında məlumatlandırılması, maarifləndirici kampaniyaların həyata keçirilməsi və digər zəruri tədbirlərin görülməsi daxildir. Bu addımlar sektorun yeniliklərə daha effektiv uyğunlaşmasına kömək etməyi hədəfləyir.


