13.8 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Şənbə, Aprel 25, 2026
HomeUncategorizedPop-Up İngilis Klubunun 4 günlük təlimi başa çatıb

Pop-Up İngilis Klubunun 4 günlük təlimi başa çatıb

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “International Cultural Programs”ın Pop-Up İngilis Klubunun 4 günlük təlimi bugün başa çatıb.

Təlimlərdən əvvəl Mərkəzin rəhbəri Murad Muradov ABŞ tələbələrinə “Azərbaycan evi”ndə həyata keçirilən layihələr barədə geniş məlumat verib. Belə proqramların qarşılıqlı ünsiyyət yaradılmasında, mədəniyyətləin öyrənilməsində mühüm rol oynayacağını qeyd edib.

Program ABŞ-dan olan könüllü universitet tələbələrini digər ölkə tələbələri ilə birləşdirərək gənclərə təhsil, fərqli mədəniyyətlərə yiyələnmək, təcrübə qazanmaq və sosiallaşmaq imkanı yaradır.

Təlimlərin hər biri aşağıdakı 4 müxtəlif hissədən ibarət idi.

  1. İcebreaker (dərsə alışdırma)
  2. Qramatika – nitq hissələri və sözönlər, önəmli qramatik mövzuların öyrənilməsi.
  3. Sağlamlıq dərsi – sağlam qidalanmaq, pis vərdişlərdən uzaq durmaq və ruhi sağlamlıq.
  4. Oyunlar vasitəsilə ingilis dilində təlimatlara əməl etmək – idmanın diqqət mərkəzində olduğu çeviklik və koordinasiya oyunları.

Qeyd edək ki, dörd gün ərzində təlimlərdə 50 yaxın marneulili gənc iştirak edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments