17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeUncategorized32 mindən çox abituriyent ali təhsil müəssisələrinə qəbul olub

32 mindən çox abituriyent ali təhsil müəssisələrinə qəbul olub

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatına görə, bu il 32 mindən çox abituriyent ümumrespublika imtahanlarını uğurla verib ki, bu da ümumi sayın təxminən 80 faizini təşkil edir.

Fənnlər üzrə statistik təhlil göstərir ki, 2024-cü ilin vahid milli imtahanlarında iştirak edən abituriyentlərin ən çoxu riyaziyyat və təbiət elmləri – fizika, kimya və biologiya fənləri üzrə imtahanlarda kəsilib.

Abituriyentlərin nəticələri fənlərə görə aşağıdakı kimi bölüşdürülür:

Fizika – ümumilikdə 945 abituriyent yazıb, onlardan 38,41%-i minimum səviyyədən keçə bilməyib. İmtahanda maksimal bal 63, limit isə 15,75;
Kimya – cəmi 2609 abituriyent yazıb, onlardan 22,12%-i imtahandan keçə bilməyib. Maksimum bal 63, limit isə 15,75 bal olub.
Riyaziyyat – cəmi 15 766 abituriyent yazıb, onlardan 12,27%-i minimum səviyyədən keçməyib. Maksimum bal 51, limit isə 10,2 bal olub.
Biologiya – ümumilikdə 3665 abituriyent yazıb, onlardan 15,88%-i imtahandan keçə bilməyib. Maksimum bal 70, minimum bal isə 17,5 bal olub.
Tarix – ümumilikdə 19508 abituriyent yazıb, onlardan 2,7%-i baryeri keçə bilməyib. Maksimum bal 60, limit isə 15 bal idi.
Coğrafiya – ümumilikdə 2254 abituriyent yazıb, onlardan 10,91%-i imtahandan keçə bilməyib. Maksimum bal 59, limit isə 14,75 bal olub.
İngilis dili – ümumilikdə 37 904 abituriyent yazıb, onlardan 4,75%-i imtahandan keçə bilməyib. Maksimum bal 70, keçid balı isə 14 olub.
Gürcü dili və ədəbiyyatı – ümumilikdə 39 600 abituriyent yazıb, onlardan 4,27%-i baryeri keçə bilməyib. Maksimum bal 60, minimum bal isə 15 bal idi.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments