İtaliya A Seriyasının XIV turun oyunları keçirilib.
Regionpress.ge xəbər verir ki, bu gün 4 matç baş tutmalı olub.
Lakin bunlardan biri təxirə salınıb. “Fiorentina” – “İnter” görüşü Eduardo Bovenin huşunu itirməsi səbəbilə yarımçıq dayandırılıb.
Lider “Napoli” səfərdə “Torino” ilə qarşılaşıb. Neapollular minimalhesablı qələbəyə seviniblər.
“Latsio” isə “Parma”nın qonağı olub. Romalılar səfərdən əliboş dönüblər.
İtaliya A Seriyası
XIV tur
“Udineze” – “Cenoa” – 0:2
“Parma” – “Latsio” – 3:1
“Torino” – “Napoli” – 0:1


