Bu gün Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin rəhbəri Aleksandre Tsuladze şəxsi qərarı əsasında vəzifəsindən istefa verdiyini açıqlayıb.
Nazir kimi fəaliyyət göstərdiyi dövr ərzində Tsuladze təhsil sisteminin bütün pillələrində keyfiyyətin artırılması istiqamətində bir sıra mühüm təşəbbüslərin həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, bir çox innovativ layihələrə start verilib və onların tamamlanmasını yeni təyin olunacaq nazir təmin edəcək.“Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hər bir əməkdaşına təşəkkür edirəm – onlar sədaqətlə təhsil sisteminin inkişafı və ölkənin daha yaxşı gələcəyi üçün çalışırlar. Həmçinin, ölkənin Baş nazirinə, hökumət komandasına və bütün həmkarlarıma minnətdarlığımı bildirirəm – onlarla birlikdə vətənimiz üçün faydalı işlər görmək imkanı qazandım”, – deyə Tsuladze vurğulayıb
Yeni təhsil naziri Givi Mikenadze oldu Aleksandre Tsuladzeni bu vəzifədə Givi Mikenadze əvəzləyib. Givi Mikenadze daha öncə Gürcüstanın müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb və təhsil sahəsində islahatlara dair mövqeyi ilə tanınır. Onun yeni vəzifəsində əsas hədəfinin mövcud layihələrin davam etdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi olacağı gözlənilir.


