11.3 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar ertəsi, Aprel 27, 2026
HomeÖlkəAvropa İttifaqının Gürcüstan ofisi : Təəssüf ki, Gürcüstan hökumətinin seçdiyi hazırkı kurs...

Avropa İttifaqının Gürcüstan ofisi : Təəssüf ki, Gürcüstan hökumətinin seçdiyi hazırkı kurs ölkəni Aİ üzvlüyü yolundan uzaqlaşdırır

Bu gün 27 aprel 2026-cı il tarixində Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski vitse-premyer, xarici işlər naziri Maka Boçorişvili ilə görüşə dəvət olunub.

Regionpress.ge xəbər verir ki, Onlar arasında Avropa İttifaqı–Gürcüstan münasibətləri barədə ətraflı müzakirə aparılıb.

Müstəqillik əldə etdiyi gündən etibarən Avropa İttifaqı Gürcüstanın yanında olub və demokratik, uğurlu dövlət quruculuğunda ona dəstək verib. Avropa İttifaqı dəfələrlə Gürcüstanın inkişafına öz dəstəyini göstərib .Avropa İttifaqı liderləri yekdilliklə Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul ediblər.

Gürcüstan vətəndaşlarının əksəriyyəti kimi, biz də hesab edirik ki, Aİ-yə üzvlük ölkə üçün sülh və rifahın ən yaxşı təminatıdır.Avropa İttifaqına üzvlük Aİ dəyərlərinə və standartlarına uyğunlaşmaq üçün real öhdəlik və konkret islahatlar tələb edir.

Təəssüf ki, Gürcüstan hökumətinin seçdiyi hazırkı kurs ölkəni Aİ üzvlüyü yolundan uzaqlaşdırır. Avropa İttifaqına qarşı davamlı və məqsədyönlü ritorika Gürcüstanın Aİ-yə inteqrasiya niyyətinin etibarlılığına daha da zərbə vurur.

Avropa İttifaqı heç kimi öz ailəsinə qoşulmağa məcbur etmir. Biz istəyirik ki, Gürcüstan hakimiyyəti hələ də mövcud olan bu tarixi imkanı əldən verməsin -Avropa İttifaqı-nın Gürcüstan ofisinin rəsmi saytında yayımlanan xəbərdə belə qeyd olunur

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments