7.8 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Bazar, Aprel 26, 2026
HomeElm və TəhsilGörkəmli alim və professor Valeh Hacıların 75 illiyi ilə bağlı anım tədbiri...

Görkəmli alim və professor Valeh Hacıların 75 illiyi ilə bağlı anım tədbiri keçiriləcək

Regionpress.ge xəbər verir ki, 5 may saat 14:00-da Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli alim, professor, pedaqoq, şair və ictimai xadim Valeh Hacıların anadan olmasının 75 illiyi münasibətilə anım tədbiri keçiriləcək.

Uzun müddət S. Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri olmuş tanınmış alim 30-dək kitabın, 4 elmi monoqrafiyanın müəllifidir.

Məlumat üçün bildirək ki, Valeh Hacılar 1951-ci il aprelin 15-də anadan olmuş, 2010-cu il yanvarın 23-də uzun sürən ağır xəstəlikdən sonra 59 yaşında vəfat etmişdir.Valeh Hacılar doğulub boya-başa çatdığı Bolnisi rayonunun, Darbaz kəndində torpağa tapşırılmışdır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments