13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeElm və TəhsilAleksandre Tsuladze Gürcüstanın təhsil naziri vəzifəsindən istefa verdi-yeni nazir təyin olundu

Aleksandre Tsuladze Gürcüstanın təhsil naziri vəzifəsindən istefa verdi-yeni nazir təyin olundu

Bu gün Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin rəhbəri Aleksandre Tsuladze şəxsi qərarı əsasında vəzifəsindən istefa verdiyini açıqlayıb.

Nazir kimi fəaliyyət göstərdiyi dövr ərzində Tsuladze təhsil sisteminin bütün pillələrində keyfiyyətin artırılması istiqamətində bir sıra mühüm təşəbbüslərin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, bir çox innovativ layihələrə start verilib və onların tamamlanmasını yeni təyin olunacaq nazir təmin edəcək.“Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hər bir əməkdaşına təşəkkür edirəm – onlar sədaqətlə təhsil sisteminin inkişafı və ölkənin daha yaxşı gələcəyi üçün çalışırlar. Həmçinin, ölkənin Baş nazirinə, hökumət komandasına və bütün həmkarlarıma minnətdarlığımı bildirirəm – onlarla birlikdə vətənimiz üçün faydalı işlər görmək imkanı qazandım”, – deyə Tsuladze vurğulayıb

Yeni təhsil naziri Givi Mikenadze oldu Aleksandre Tsuladzeni bu vəzifədə Givi Mikenadze əvəzləyib. Givi Mikenadze daha öncə Gürcüstanın müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb və təhsil sahəsində islahatlara dair mövqeyi ilə tanınır. Onun yeni vəzifəsində əsas hədəfinin mövcud layihələrin davam etdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi olacağı gözlənilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments