Dekabrın 30-da Gürcüstanın Bolnisi rayonunun Arxılı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 14-15 yaşlarında olan yeniyetmələrdən biri hadisə yerindəcə dünyasını dəyişib. Digər yaralı dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb. Şahidlər isə sürücünün sürət həddini aşdığını bildirir.


