Sentyabr ayının 22-də, Bolnisi rayonunda yerləşən köhnə Alman məhəlləsində, “Bolniskalakoba 2024” bayram tədbiri keçiriləcək. Tədbir saat 16:00 da başlayacaq
Təbir proqramı:
Uşaqlar üçün nəzərdə tutulmuş əyləncə və idman məkanları, sevimli cizgi personajlar, küçə karnavalı və bir-birindən maraqlı attraksionlar
Bolnisi bələdiyyəsinin etnik guşələrinin nümayişi
Müxtəlif növ gürcü şərabının təqdimatı, kənd təsərrüfatı məhsullarının sərgisi və satışı
Bolnisi Bələdiyyə Teatrının, Bolnisi Mədəniyyət Mərkəzinin və Bolnisi məktəblərinin yaradıcı kollektivlərinin fəaliyyəti və qiymətləndirilməsi
Həmçini Bolnisi əhalisinin yetişdirdiyi üzümlərlə, “Üzüm əzmə mərasimi”
Bayram tədbirinin sonlarına doğru, saat 20:00 da:
Zviad Bolkvadzenin və “Sherekilebi” qrupunun konserti
Sonda isə Bolnisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi baş tutacaq.


