Marneuli bələdiyyəsinin Dəmyə-Görarxı kəndində yaşayan Nağıyevlər ailəsi evsiz qalıb. Oktyabrın 19-da baş vermiş yanğın zamanı iki mərtəbəli mənzil tamamilə yanıb. Hazırda Nağıyevlər ailəsi müvəqqəti olaraq qohumlarının evində qalır.
Regionpress.ge xəbər verir ki, ilkin ehtimala görə yanğın elektrik naqillərindən baş verib. Biri az yaşlı olmaqla, beş nəfərlik ailə aidiyyəti qurumlardan və xeyirxah insanlardan kömək istəyir.
Yardım etmək istəyən vətəndaşlar aşağıda qeyd olunan bank hesabına istənilən məbləği köçürə bilərlər:
TBC Bank
Hesab Nömrəsi:GE92TB7455145068100048 (Elimkhan Shamshiev)
Tel: 555 35 57 70 (Zöhrab Nağıyev – ev sahibi)


