Dekabr ayının ilk yarısında Gürcüstanda əsasən H1N1 qrip virusu, yəni “donuz qripi” yayılıb. Bu barədə İaşvili adına Uşaq Mərkəzi Xəstəxanasının tibbi direktoru İvane Çxaidze “Mtavari” media mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Regionpress.ge xəbər verir ki, H1N1 qrip virusu, A tipli virusun alt növüdür və ən genişmiqyaslı epidemiyalara səbəb olur. Xəstəliyin ağır forması sürətlə irəliləyən ilkin viruslu pnevmoniya ilə xarakterizə olunur. Bu pnevmoniya bakterial pnevmoniyadan fərqli olaraq antibiotiklərə həssas deyil.
“Son həftələrin dinamikasına görə, qripə yoluxma səviyyəsi 12% təşkil edirdi, lakin dekabrda bu göstərici 2 dəfə artaraq 25%-ə çatıb. Artıq B tipli qrip virusu da ortaya çıxıb. Ən yüksək yoluxma göstəricisi H1N1 virusuna aiddir, bu, belə adlanan “donuz qripi”dir,” – deyə Çxaidze qeyd edib.


