Gürcüstan tarixdə ilk dəfə qılıncoynatma üzrə dünya çempionatını qəbul edəcək. Beynəlxalq Qılıncoynatma Federasiyasının texniki direktoru Diter Lamer və inzibati menecer Natalya Bodrova bu böyük idman tədbirinin hazırlıq işləri ilə yaxından tanış olublar.
Müşahidəçilər, dünya çempionatının keçiriləcəyi Yeni İdman Sarayını və yarış öncəsi müxtəlif ölkələrdən idmançıların hazırlıq mərhələsini keçirəcəkləri Qılıncoynatma Federasiyasının zalını ziyarət ediblər. Diter Lamer Gürcüstanın çempionata ev sahibliyi etmək üçün tam hazır olduğunu və gözləntilərinin müsbət olduğunu qeyd edib.


