ürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynovanın “Həmrəylik 2024 – Yay Düşərgəsi” başa çatıb” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən düşərgədə Gürcüstanın müxtəlif şəhərlərindən 70-dən çox gənc və QHT rəhbərlərinin iştirak etdiyi, həmçinin müxtəlif mövzularda seminarların keçirildiyi qeyd olunub.
Dərgidə düşərgənin Azərbaycan Evlərində tədris alan yeniyetmə və gənclər arasında kommunikasiyanın qurulması, onların inkişafı və bir-biri ilə ünsiyyət qurmasında müstəsna rol oynadığı nəzərə çatdırılıb.


