8.7 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst MövzularGürcüstanda Heydər Əliyevin vəfatının 21-ci ildönümü qeyd edilib

Gürcüstanda Heydər Əliyevin vəfatının 21-ci ildönümü qeyd edilib

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Gürcüstanda anım tədbiri keçirilib.

Regionpress.ge xəbər verir ki, Tbilisidəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları iştirak ediblər. Onlar Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimi çərçivəsində Kür çayının sağ sahilində yerləşən xatirə lövhəsi və Rustavi şəhərindəki Heydər Əliyev abidəsi də ziyarət olunub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments