Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək onu doğum günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkür edib.
Regionpress.ge xəbər verir ki,söhbət zamanı Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin gələcəkdə də müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib, əməkdaşlıq perspektivləri və yeni il ərzində mümkün əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə qurulub. Hər iki ölkə ticarət, nəqliyyat, energetika, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edir.


