Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində və Marneulidə fəaliyyət göstərən Gürcüstan azərbaycanlılarının İnteqrasiya Mərkəzində Azərbaycanda təhsil alan 11-ci sinif şagirdi Əli Quliyev tərəfindən Amerikada təhsil almaq mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi Amerika universitetlərinə qəbul qaydaları, imtahanlara hazırlaşma metodologiyası və xaricdə təhsil almağın gələcək karyerada önəmi haqqında məlumat verilib
Tədbirin sonunda Əli, həmyaşıdlarının suallarını cavablandırıb,universitetlər haqqında qeyri-rəsmi formatda söhbət ediblər
Qeyd edək ki, Əli Quliyev “Azerbaijan Charity Foundation” təşkilatının təsisçisi və hal-hazırda Baki şəhəri 210 nömrəli tam orta məktəbin şagirdidir






