Bu gün Maarif təşkilatının və qəzetinin rəhbəri Ələddin Qarabağlı qaz partlaması nəticəsində aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Regionpress.ge xəbər portalının məlumatına görə, Ələddin Qarabağlı bir neçə gün öncə ofisində baş verən qaz partlaması səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edilir ki, o, ofisə daxil olarkən qaz sızmasından xəbərsiz olub və işığı yandırdığı zaman güclü partlayış baş verib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


