Marneuli Bələdiyyəsində yaşayan qadınlar üçün 4 noyabr saat 10:00-dan 18:00 -dək pulsuz skrininq keçiriləcək.
Regionpress.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayıb.
“Marneuli Bələdiyyəsi Gender Bərabərliyi Şurasının təşəbbüsü və Qadınlar Otağının iştirakı ilə, “Çəhrayı Oktyabr” çərçivəsində 20-70 yaş arası qadınlar üçün süd vəzi və uşaqlıq boynunun pulsuz skrininqinin keçirilməsi planlaşdırılıb.
Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı nömrələrə zəng edin:
+995 551 24 34 54
+995 599 53 29 79
Pulsuz skrininq “Geo Hospitals”-ın Marneulidəki doğum evi və ambulator tibbi mərkəzində (Marneuli, Rustaveli küç. N112) keçiriləcək. Proqram – Marneuli Munisipaliteti yerli özünüidarəetməsinin dəstəyi ilə həyata keçirilir”,- məlumatda qeyd olunub.


