Muxrani qocalar evində baş verən yanğın nəticəsində iki benefisiar həlak olub.
Regionpress.ge xəbər verir ki, bu barədə Dövlət Qayğı Agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində iki benefisiar da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
“İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Qayğı Agentliyi baş vermiş faciəli hadisədən dərin hüznlə kədərləndiklərini bildirir, dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verirlər”,- məlumatda deyilir.


