Tsvarijamiya kəndində, Sabaduri meşəsində 10 ildir zooloji mərkəz (ayı sığınacağı) fəaliyyət göstərir.
Zooloji Mərkəz 2010-cu ildə yaradılmış özəl, qeyri-kommersiya təşkilatıdır.
Mərkəz Beynəlxalq “Qırmızı Kitab”da qorunan nəsli kəsilməkdə olan növlərin mühafizə edilməsi üçün yaradılıb. Mərkəzimizdə vaxtilə vəhşi təbiətdə doğulan, lakin brakonyerlər tərəfindən analarını öldürülərək yetim qalan qonur ayılar, tülkülər və boz canavarlar yerləşdirilib.
Gürcüstan qanunvericiliyinə əsasən qonur ayı, tülkü və boz canavar ovlamaq qadağandır, həmçinin, onların balalarını vəhşi təbiətdən götürüb aparmaq və ovlamaq da qadağandır.
“Sığınacağa ilkin olaraq 2 qonur ayısı gətirilib. Bu gün burada 19 ayı, 5 canavar, 3 tülkü və 18 evsiz it yaşayır. Sığınacağın təsisçisi Soso Jikurişvili sığınacaqda ayılara qulluq edən 3 nəfərdən biridir.” – deyə sığınacağın əməkdaşı Tina Kalatozişvili bildirib.






