6.7 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst Mövzular“Sazlı - Sözlü Kəlağayı Günləri” Marneulidə təşkil olundu

“Sazlı – Sözlü Kəlağayı Günləri” Marneulidə təşkil olundu

Noyabrın 18-də Gürcüstanın Marneuli şəhərində yerləşən Tea House-da Azərbaycan milli irsinin incilərindən biri olan kəlağayıya həsr olunmuş maraqlı tədbir keçirildi.

Regionpress.ge bildirir ki, tədbir Gürcüstan və Azərbaycan dövlət himnlərinin səsləndirilməsi ilə başladı.Daha sonra iştirakçılara kəlağayının tarixi haqqında məlumat verildi. Bu, Azərbaycanın qədim mədəniyyətində mühüm yer tutan ipək şalın yaranma və inkişaf yoluna həsr olunmuş maraqlı bir təqdimat oldu. Tədbir Azərbaycan milli rəqsləri və aşıq mahnıları ilə daha da rəngarəngləşdirildi.

Mədəniyyətə və milli irsə dair belə tədbirlərin keçirilməsi iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir və gənc nəsillərə zəngin tarixi irsimizi tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments