6.7 C
Bolnisi
8.8 C
Rustavi
8.4 C
Marneuli
9.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSərbəst MövzularTbilisidə Yeni il tədbirləri dekabrın 13-dən yanvarın 7-dək keçiriləcək

Tbilisidə Yeni il tədbirləri dekabrın 13-dən yanvarın 7-dək keçiriləcək

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, Yeni il tədbirləri bu ilin dekabrın 13-də başlayacaq və 26 gün davam edəcək.

Regionpress.ge xəbər verir ki, Ədliyyə Evinin dayanacağında keçən illə müqayisədə dörd dəfə böyük olacaq buz meydançası yerləşdiriləcək.

“Yeni il tədbirləri dekabrın 13-dən yanvarın 7-dək nəzərdə tutulub. Ötən illərlə müqayisədə bu il Yeni il tədbirləri daha da genişlənəcək, çünki Ədliyyə Evinin avtomobil dayanacağında yerləşən konkisürmə meydançası Orbeliani meydanına və Ana bağına əlavə olunacaq ki, bu da ötən illə müqayisədə 4 dəfə böyük olacaq. 26 gün ərzində müxtəlif əyləncələr və möhtəşəm tədbirlər keçirməyi planlaşdırırıq. Paytaxt sakinləri və qonaqları üçün təşkil edilən Yeni il məkanları maraqlı tamaşalar, mədəni, idman, maarifləndirici, uşaq, müxtəlif tematik tədbirlər və müxtəlif janrlarda konsertlərlə dolu olacaq. – Tiflis meri bildirib.

Bundan əlavə, Kaxa Kaladze biznes sektorunun nümayəndələrini “Milad kəndi”nin, küçələrin, meydanların və müxtəlif ərazilərin bəzədilməsi prosesində fəal olmağa çağırıb.

“Biz Milad kəndinin küçə və meydanlarının bəzədilməsi ənənəsini yaratmışıq. Bütün bunlarla hər il biznes sektoru məşğul olur. Onlara dəstək və əməkdaşlığa görə təşəkkür edirəm, çünki onlar həmişə şəhərin bəzədilməsində iştirak edirlər. Əminəm ki, bu il də biznes sektorundan böyük maraq olacaq və biz birlikdə paytaxtımızı gözəlləşdirəcəyik. Mən onları bu dəfə də aktiv olmağa çağırmaq istəyirəm. Biz müvafiq yerlər ayırmağa hazırıq və onlar bir növ PR kampaniyası apara bilərlər. Biz bu işdə kömək edəcəyik”, – deyə paytaxt meri bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments