17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeKriminal14 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən 40 yaşlı şəxs saxlanılıb (VİDEO)

14 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən 40 yaşlı şəxs saxlanılıb (VİDEO)

Xüsusi İstintaq Xidməti əməkdaşları 14 yaşlı qıza qarşı əxlaqsız hərəkət etməkdə ittiham olunan 40 yaşlı kişini saxlayıblar.

Regionpress.ge 24News-a istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Qurumun yaydığı məlumata görə, istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkələrdə saxta profillərdən istifadə edərək, 13 və 14 yaşlı yeniyetmə qızlarla əlaqə saxlayıb, onlarla müxtəlif adlar altında tanış olub, öz yaşını və şəxsiyyətini gizlədib. Təqsirləndirilən şəxs yeniyetmələrlə cinsi xarakterli yazışmalar aparıb və onlara pornoqrafik məzmunlu foto və video materiallar göndərib.

Xüsusi İstintaq Xidməti Prokurorluq ilə birgə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirib və sübutların dərhal əldə olunmasını təmin edib. İttiham olunan şəxsin şəxsi axtarışı, həmçinin onun istifadə etdiyi avtomobilin və yaşayış yerinin yoxlanılması həyata keçirilib. Sübut kimi onun mobil telefonları və digər elektron məlumat daşıyıcıları götürülüb. 
İstintaq zamanı əldə olunmuş materialların araşdırılması nəticəsində təqsirləndirilən şəxsin telefonunda onlarla saxta ‘Facebook’ və ‘Instagram’ profilləri aşkarlanıb. O, bu profillər vasitəsilə yüzlərlə şəxslə, o cümlədən yeniyetmələrlə ünsiyyət qurub. Bundan əlavə, onun telefonunda pornoqrafik və şəxsi həyatla bağlı foto və video materiallar aşkar edilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxsi 5 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

14 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən 40 yaşlı şəxs saxlanılıb
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments