2025-ci il 31 iyul tarixinə olan məlumata görə, Gürcüstanın penitensiar müəssisələrində 60 ölkədən olan əcnəbi vətəndaşlar, həmçinin vətəndaşlığı olmayan şəxslər saxlanılır.
Regionpress.ge xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin (Sakstat) cinayət statistikası hesabatına əsasən, qeyd olunan dövrün sonunda onların sayı 1 297 nəfər təşkil edib.Bu rəqəm ümumi məhkum və təqsirləndirilən şəxslərin sayının 13,2 faizinə bərabərdir
Hesabata görə, əcnəbi məhkum və təqsirləndirilən şəxslərin əksəriyyəti Türkiyə (456 nəfər), Rusiya (153 nəfər) və Azərbaycan (118 nəfər) vətəndaşlarıdır.
Məlumat üçün qeyd edək ki, 2025-ci il 31 iyul tarixinə Gürcüstanın penitensiar müəssisələrində ümumilikdə 9 845 nəfər saxlanılırdı. Onlardan 9 393-ü kişi, 452-si isə qadındır.


