23.5 C
Bolnisi
27.8 C
Rustavi
27.4 C
Marneuli
28.1 C
Gardabani
Cümə axşamı, İyul 17, 2025
HomeManşetAzərbaycanda yaşayan Gürcüstanlılar ilə bağlı Miqrasiya xidmətinə və Milli Məclisə müraciət olundu

Azərbaycanda yaşayan Gürcüstanlılar ilə bağlı Miqrasiya xidmətinə və Milli Məclisə müraciət olundu

Soydaşlarımızla bağlı Dövlət Miqrasiya Xidməti və Milli Məclisə müraciət olundu

Xəbər verdiyimiz kimi, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Regionpress.ge Soydas.az istinadla xəbər verir ki, müraciətdə bildirilir ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində müvəqqəti yaşamaq üçün icazənin verilməsi və ya həmin icazənin müddətinin uzadılması üçün əsaslar göstərilir. Bu əsaslar arasında ən çox rast gəlinənlər bunlardır:

Azərbaycan Respublikasında qanuni əsaslarla çalışan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; təhsil alan tələbələr; ailə üzvləri; elmi, pedaqoji və ya digər sahələrdə çalışan mütəxəssislər; sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar; Azərbaycan Respublikasının vətəndaşı ilə evli olanlar və s.Şübhəsiz ki, bu məsələ Azərbaycanda yaşayan Gürcüstan əsilli soydaşlarımıza da şamil olunduğundan və 10 minə yaxın soydaşımızı əhatə etdiyindən soydaşlarımız arasında ciddi narahatlıq da yaradıb.

Məsələnin ciddiliyini nəzərə alaraq, “Soydaş” İctimai birliyinin sədri Kamran Ramazanlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müraciət edib.

Müraciətdə bildirilir ki, Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası ərazisində COVİD – 19 pandemiyası ilə əlaqədar 24 Mart 2020 – ci il tarixdən müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə məlum son müraciəti Gürcüstan vətəndaşı soydaşlarımız arasında ciddi narahatlıq yaratmışdır. Bununla əlaqədar soydaşlarımız SOYDAŞ İctimai Birliyinə müraciət etmişlər.“Pandemiya ilə əlaqədar sərhəd keçmədən Azərbaycan Respublikası ərazisində uzun müddət yaşaması soydaşlarımızın iş, ev və bir çox məişət məsələlərinə təsir edərək onların sosial həyatında müəyyən dəyişikliklər yaratmışıdr. Soydaşlarımız Gürcüstandakı evlərinə baş çəkə bilmədiyindən evlər 5 il ərzində yaşayış üçün əlverişsiz vəziyyətə düşmümş, bir çox evlərdə təmir-bərpa işlərinə ehtiyac yaranmışdır. Digər tərəfdən Azərbaycanda müvəqqəti yaşayan bu soydaşlarımızın əksəriyyəti kiçik maaşa işləyən və hər ay mənzil – kirayə haqqı ödəyən şəxslər olmasını, Bakı – Tbilisi – Bakı istiqamətində avibiletlərin bahalığını, habelə ailə üzvləri sayının 4-5 nəfərə yaxın olmasını nəzərə aldıqda bu soydaşlarımız üçün kifayət qədər ciddi maddi çətinliklər yaradır”.

Müraciətdə Soydaş İctimai birliyi vətəndaşlığı olmayan soydaşlarımızın maddi və sosial durumunu və elan olunan sərhədkeçmə müddətinin qısalığını nəzərə alaraq, Gürcüstan vətəndaşı olan soydaşlarımızın sərhədkeçmə müddətinin cari ilin sonunadək uzadılmasını xahiş edir.Xatırladaq ki, İctimai Birlik eyni məzmunda Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçı qrupun rəhbəri Arzu Nağıyevə də müraciət edib.

Müraciətdə Gürcüstan vətəndaşları olan soydaşlarımızın sərhəd keçmə müddətinin cari ilin sonunadək uzadılması, Bakı-Tbilisi-Bakı aviabiletlərinin qiymətinin günün tələbinə optimallaşdırılması və Bakı-Tbilisi-Bakı dəmiryol qatarının işə düşməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılması da xahiş olunur.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments