Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən gürcü nazirlər arasında ən gəncidir.O, 1990-cı il iyunun 11-də anadan olub və hazırda 35 yaşındadır.
Mariam Kvrivişvili kimdir?
Regionpress.ge xəbər verir ki, gənc siyasətçi dövlət sektorunda parlaq karyerası ilə seçilir. O, bu vəzifəyə qədər bir sıra mühüm vəzifələrdə çalışıb:
• 2021–2024 – Gürcüstanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb;
• 2019–2020 – Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri olub;
• 2016–2019 – “Georgian Airways” aviaşirkətində kommersiya direktoru vəzifəsində işləyib;• Eyni zamanda müxtəlif beynəlxalq və regional layihələrin idarə olunmasında iştirak edib.
Qeyd edək ki, O, 2024-cü ilin fevral ayında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Baş nazir İrakli Kobaxidze tərəfindən təyin edilib.Görüş zamanı Mariam Kvrivişvili Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və xüsusilə Bakı-Tbilisi sərnişin qatarının açılması məsələləri ətrafında fikir mübadiləsi aparıldığını bildirib.


