13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeRegion təşkilatlar və elanlarMərkəzlərin açılması olduqca vacib layihədir

Mərkəzlərin açılması olduqca vacib layihədir

Gürcüstanda yaşayan azərbaycanlıların Avropaya daha asan inteqrasiyasına kömək etmək üçün həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən müəyyən işlər görülür. Bu işlərdən biri də azərbaycanlı gənclər üçün icma mərkəzlərinin yaradılmasıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Bolnisi rayonunun Arıxlı (Naxiduri) kənd icma mərkəzinin direktoru Çinarə Nəbiyeva deyib. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirdikdən sonra doğma kəndlərində gürcü dili müəllimi kimi çalışan Ç.Nəbiyeva həm də Bolnisi meriyasında tərcüməçi vəzifəsini icra edir.

Onun sözlərinə görə, Gürcüstan parlamentinin deputatı Qoqi Meşvelianinin təşəbbüsü ilə azərbaycanlıların kompakt yaşadığı 4 kənddə – Arıxlı (Naxiduri), Faxralı (Talavari), Kəpənəkçi (Kvemo Bolnisi) və Darvazda gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün icma mərkəzləri yaradılıb.

“Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın. Mərkəzlərin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkanlar yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllində, onların milli, mədəni və mənəvi irsinin təbliğində mühüm rol oynayacaqdır”, – deyə Ç.Nəbiyeva vurğulayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments