Qeta (Aşağı Güləver) ictimai məktəbinin məzunu, hazırda Tbilisi Dövlət Tibb Universitetinin 1-ci kurs tələbəsi olan Alina Əhmədova, məktəb illərindəki üstün akademik göstəricilərinə görə qızıl medalla təltif olundu.
Alina Əhmədova uğurunu 12 illik zəhmət, çalışqanlıq və əzmlə dolu məktəb həyatının nəticəsi kimi dəyərləndirir.
“Bu gün mənim üçün bir yuxunun gerçəkləşdiyi gündür. Məktəb illərim yalnız dərslərlə deyil, həm də müxtəlif çətinliklərlə dolu olub. Amma hər bir maneə mənə bir dərs verdi və məni daha güclü etdi,” – deyə Alina təltif mərasimində hisslərini bölüşüb.
O, ailəsinə və müəllimlərinə xüsusi minnətdarlıq bildirib: “Ailəm və müəllimlərim mənim bu uğuruma böyük dəstək veriblər. Onların məsləhətləri, inamı və sevgisi mənə hər zaman motivasiya verib.”
Qeta ictimai məktəbinin müəllimlər kollektivi də Alinanın uğuruna görə böyük qürur hissi keçirir və onun gələcəkdə daha böyük zirvələri fəth edəcəyinə inanır.
Alina Əhmədova gələcəkdə tibb sahəsində uğurlar qazanmaq və cəmiyyətə faydalı olmaq arzusundadır.




