13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeRegion təşkilatlar və elanlarRustavidə sertifikatların təqdimolunma mərasimi keçirilib

Rustavidə sertifikatların təqdimolunma mərasimi keçirilib

29 iyun 2004-cü ildə Rustavi şəhər Təhsil və Mədəniyyət Mərkəzində 3 aylıq kursu uğurla tamamlayan dinləyicilərə sertifikatların təqdimolunma mərasimi keçirilib. Müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Mərkəzin direktoru Raidə Dərziyeva iştirakçıları salamladıqdan sonra aprel, may, iyun aylarını əhatə edən üç aylıq kursların yekunu barədə məlumat verib. “Azərbaycan, gürcü və ingilis dillərini əhatə edən kurslarımızda Rustavinin müxtəlif məktəblərindən 130-a yaxın şagird edib və onlardan 90 nəfəri sertifikatla təltif olunublar. İlk buraxılışımızın müvəffəqiyyətlə tamamlanmasına çox sevinir və inanıram ki, bu xeyirxah işimizi gələcəkdə də layiqli şəkildə davam etdirəcəyik”, – o qeyd edib.  R. Dərziyeva çıxışında kurslardan əlavə bir çox tədbirlərin də həyata keçirildiyini vurğulayıb və kurs müəllimlərinə, Azərbaycan Respublikasnın Diasporla İş üzrə Dövlət Komitəsinə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib.

Sertifikatlar təqdim olunduqdan sonra “Bilik nurdur” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Şagirdlər Akaki Sereteli, Qalaktion Tabidze, Qoderzi Çoxeli, Səməd Vurğun, Mikayıl Müşfiq  və Məhəmmədhüseyn Şəhriyar kimi ədiblərin şeirlərini səsləndirmiş, Azərbaycan, gürcü və ingilis milli rəqslərindən nümunələr ifa etmişlər.

Tədbirin sonunda bəzi valideynlər öz məmnunluqlarını dilə gətirərək, Mərkəzin rəhbərinə və müəllimlərdən Rafiq Hümmətə, Fidan Osmanlıya, Tsiuri Londaridzeyə, o cümlədən, Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments