13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeRegion təşkilatlar və elanlarQafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Bolnisi Gənclərinin I Yay Düşərgəsi...

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Bolnisi bələdiyyəsində fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib. Bolnisinin Tandzia kəndində təşkil edilən düşərgəyə bələdiyyənin 20 kəndindən 80-dək gənc və yeniyetmələr qatılıb.

Düşərgəni giriş sözü ilə açan mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamyaıb düşərgədə iştirak üçün onlara təşəkkür edib, daha sonra qeyd edib ki, ilk dəfə keçirilən düşərgə gələcək illərdə daha geniş tərkibdə təşkil ounacaq və ənənə halı alacağına əminliyini ifadə edib.

R. Həsənov bildirib ki, bu cür düşərgələr uşaqlar üçün ər şeydən əvvəl sağlamlıq, mənalı və səmərəli istirahət, yay müddətində asudə vaxtının faydalı təşkili deməkdir.

Düşərgə iştirakşıları Tandzia kəndində yerləşən görkəmli ictimai xadim Sulxan-Saba Orbelianin ev muzeyini ziyarət edib, muzeydə sərgilənən tarixi eksponatlarla tanış olublar. Ətraf mühitin qorunması məqsədilə muzeyin ərazisində təmizlik aksiyası keçirilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments