2021-ci ilin sentyabr ayının 10-da dövlət qeydiyyatına alınan Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yaranmasından tam üç(3) il ötür
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” azərbaycanlı icma tərəfindən Bolnisidə yaradılan ilk Mərkəzdir,2021-ci ildən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən mərkəzdə insanlara müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər göstərilir.
Bundan əlavə Mərkəz gənclər üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.
Bu günə qədər Bolnisinin otuzdan artıq kəndindən 1600 nəfərdən çox müəllim, şagird, tələbə və gənc Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili və rəsm kurslarından faydalanıblar.Xüsusi olaraq qeyd etmək istərdik, Ümumi qabilliyət imtahanı üzrə hazırlaşan abituriyentlərin yüksək nəticə əldə edərək ali məktəblərə qəbulu zamanı mərkəz hərzaman onların test hazırlığına dəstək verir.
Bundan əlavə mərkəz gənclərin maariflənməsi üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.
Ötən üç il müddətində mərkəz tərəfindən bir çox layihələr həyata keçirilmişdir bunlara misal olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman yarışları,sınaq imtahanları,düşərgələr,bilik yarışları,təlimlər,səyahətlər,regional və mərkəzi təşkilatlarla əməkdaşlıqları buna misal gətirmək olar
Sonda isə qeyd etmək istərdik ki,mərkəzdə həyata keçirilən layihələr Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir






