11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeMədəniyyətGürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Şuşa: tarix,mədəniyyət və muasirlik” adlı tədbir keçirildi. 

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Şuşa: tarix,mədəniyyət və muasirlik” adlı tədbir keçirildi. 

Tədbirin əsas məqsədi Azərbaycanın qədim torpağı, tarix və mədəniyyət beşiyi olan Şuşa şəhərini gənclərimizə tanıtmaq olub. 

GAİM-nin icraçı direktoru Murad Muradov tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında söylədiklərini xatırladıb: “…Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

Tədbirdə çıxış edənlər Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğulayıblar. Şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində, ordu və xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən düşünülmüş hərbi, diplomatik siyasəti nəticəsində düşmən işğalından azad edilmiş Şuşa şəhərində də bu gün həyat qaynayır. Yeni salınan Zəfər yolunda qələbəlikdir. Prezident Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb. Şuşa şəhəri artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Xarıbülbül” beynəlxalq musiqi festivalının hələ də xoş təəssüratları ilə yaşadıqlarını söyləyiblər.

Tədbirin sonunda Şuşaya həsr olunmuş videoçarxlar nümayiş olundu.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments